Tehranda Xəzərin gələcəyi ilə bağlı kritik məsələlər masaya yatırıldı
Tehran Konvensiyasının yeddinci konfransı üç illik fasilədən sonra Xəzəryanı beş ölkənin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə İranın paytaxtı Tehranda keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın rəsmi məlumatında bildirilib.
Konfransda Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov da iştirak edir.
Görüşdə Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi, ekoloji vəziyyətin monitorinqi, biomüxtəlifliyin qorunması və xüsusilə Xəzər suitilərinin populyasiyasının vəziyyəti əsas müzakirə mövzuları olub.
Bildirilib ki, iştirakçı ölkələr texniki məsələlərlə bağlı razılığa gəldikdən sonra konfransın yekun bəyanatı açıqlanacaq.
21:56 23.09.2026
Oxunuş sayı: 41