Pezeşkian İranın niyə güclənmək istədiyini açıqladı
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin təhlükəsizliyini təmin etmək üçün güclü olmalı olduğunu və İranın son aylarda özünü müdafiə etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın İranı terrorçuluqda ittiham etməsinə münasibət bildirib.
O, İranın özünün terrorun qurbanı olduğunu deyib və ölkəsinin uzun müddətdir müharibə axtarmadığını, əsas məqsədinin müdafiə qabiliyyətini gücləndirmək olduğunu vurğulayıb. Pezeşkian İranın strateji doktrinasının ölkənin mövcudluğunu qorumaq üçün güc, hökmranlıq etmədən məsuliyyətlilik və təhlükəsizliyi qonşu ölkələrin sabitliyi ilə əlaqələndirmək prinsiplərinə əsaslandığını bildirib.
21:45 23.09.2026
Oxunuş sayı: 44