İranda türk və alman humanitar işçiyə 10 il həbs verildi
İranda bir ildən artıqdır həbsdə saxlanılan türk və Almaniya vətəndaşı, humanitar işçi Serkan Eren 10 il müddətinə azadlıqdan məhrum edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “HRANA” insan hüquqları təşkilatı məlumat yayıb. Ştutqartda fəaliyyət göstərən “STELP” təşkilatının bildirdiyinə görə, Eren “düşmən ölkə ilə əlbir olmaq” ittihamı ilə məhkum edilib.
42 yaşlı Eren 24 iyun 2025-ci ildə alman donorların humanitar yardımını çatdırmaq üçün İrana gedib. Onun həmin gün ölkəni tərk etməsi planlaşdırılsa da, ölkəyə daxil olduqdan sonra ailəsi ilə əlaqəsi kəsilib və o vaxtdan həbsdə saxlanılır. “STELP” təşkilatı Erenin azad edilərək Türkiyəyə qaytarılması ilə bağlı Ankara ilə əlaqə saxladığını açıqlayıb.
Eren 2015-ci ildən humanitar fəaliyyətlə məşğuldur. O, 2023-cü ildə Almaniya Federativ Respublikasının “Xidmətlərə görə” ordeni ilə təltif edilib.
21:39 23.09.2026
Oxunuş sayı: 57