Argentina Qərblə birgə hərəkət edəcəyini açıqladı
Argentina Prezidenti Xavyer Miley ölkəsinin geosiyasi seçim etdiyini və açıq şəkildə Qərbin tərəfində yer aldığını bildirib.
Crossmedia.az xəbər verir ki, Miley ABŞ və İsraillə eyni cəbhədə dayandıqlarını deyib.
O, bu ölkələrlə Argentina arasında ortaq dəyərlərin və strateji maraqların olduğunu vurğulayıb.
21:29 23.09.2026
Oxunuş sayı: 46