İsveçin səfiri: Azərbaycanla Avropa İttifaqı münasibətlərində müsbət dinamika var
İsveçin yeni təyin olunan səfiri Luis Morsinq Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırıb.
Crossmedia.az xəbər verir ki, etimadnaməsini dövlət başçısına təqdim edəndən sonra Prezident İlham Əliyevlə söhbət edən diplomat iki ölkə arasında etimadın qurulması istiqamətində atılan addımları alqışladığını bildirib.
Luis Morsinq Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdəki müsbət dinamikaya da toxunub və bu xüsusda ikitərəfli saziş üzrə danışıqların bərpa olunduğunu vurğulayıb.
O, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək dəyərləndirib.
12:39 23.09.2026
Oxunuş sayı: 47