ABŞ İrandakı məktəbə zərbədən sonra hədəf seçimi qaydalarını dəyişib
ABŞ Mərkəzi Komandanlığı İranda məktəbə endirilən və 123 uşağın ölümü ilə nəticələnən zərbədən sonra hədəflərin müəyyənləşdirilməsi prosedurlarına yenidən baxıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg”in araşdırmasına görə, fevralın 28-də Minab şəhərindəki Şəcərə Tayyibə məktəbinə endirilən zərbə ilə bağlı aparılan araşdırma kəşfiyyat məlumatlarındakı səhvləri və süni intellekt sistemlərindən həddindən artıq asılılığı üzə çıxarıb.
Bundan sonra hədəflərin daha ciddi yoxlanılması, mülki əhalinin hərəkətlərinin izlənməsi üçün əlavə açıq mənbə məlumatlarından istifadə və “Palantir” şirkətinin “Maven Smart System” sisteminə yeni funksiyaların əlavə edilməsi nəzərdə tutulub. Yeni imkanlar kəşfiyyat məlumatlarını yenidən təhlil edərək uyğunsuzluqları müəyyənləşdirməyə və hərbi obyektlərlə mülki tikililəri daha dəqiq fərqləndirməyə imkan verir.
23:42 22.09.2026
Oxunuş sayı: 49