Goranboyda avtomobil piyadanı vuraraq öldürüb
Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.
İlkin məlunata görə, avtomobil şəxsiyyəti hələ məlum olmayan təxminən 40-45 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Hadisə yerinə yol-polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
21:47 22.09.2026
Oxunuş sayı: 40