Rusiyada ticarət mərkəzində baş verib
Rusiyanın Sterlitamak şəhərində “Solneçnıy” ticarət mərkəzində baş verən yanğın nəticəsində dörd nəfər ölüb, doqquz nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın zamanı binadan 17 nəfər təxliyə edilib. Alov 2,1 min kvadratmetr ərazini əhatə edib və dörd nəfər hadisə yerində həyatını itirib, dörd yaralı isə xəstəxanaya yerləşdirilib.
Yanğın çərşənbə axşamı, sentyabrın 22-də Kommunist küçəsində yerləşən dördmərtəbəli ticarət kompleksinin ikinci mərtəbəsində başlayıb. Güclü tüstülənmə səbəbindən binadakı insanların özləri üçün çıxış yolu axtarmağa məcbur qaldığı, bəzi şəxslərin isə xilas olmaq üçün pəncərələrdən atıldığı bildirilib.
Saat 15:00-a olan məlumata görə, açıq yanğın söndürülüb. Yanğının tam söndürülməsinin ticarət mərkəzinin planlaşdırılması, konstruktiv xüsusiyyətləri və yüksək yanğın yükü səbəbindən çətinləşdiyi qeyd olunub.
18:02 22.09.2026
Oxunuş sayı: 39