Azərbaycan Gürcüstandan 6,1 milyon dollarlıq qoyun və keçi alıb
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 6,1 milyon ABŞ dolları dəyərində 2 min 196 ton qoyun və keçi ixrac edib.
Crossmedia.az-ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 18,6 % azdır.
Beləliklə Azərbaycan Gürcüstanın qoyun və keçi ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
2025-ci ildə Gürcüstan xarici ölkələrə 21 milyon ABŞ dolları dəyərində 5 min 529 ton qoyun və keçi satıb ki, bu da bir il əvvəlki göstəricidən müvafiq olaraq 79 % və 52 % çoxdur.
Hesabat dövründə Gürcüstan Səudiyyə Ərəbistanına 6,7 milyon ABŞ dolları dəyərində 1 min 327 ton, İraqa 3,5 milyon ABŞ dolları dəyərində 909 ton, Qətərə 2,2 milyon ABŞ dolları dəyərində 466 ton, Küveytə 1,4 milyon ABŞ dolları dəyərində 385 ton tədarük həyata keçirib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstandan xaricə 8 min 458 ton qoyun və keçi göndərilib ki, bunun da 5 min 776 tonu Azərbaycanın payına düşüb.
16:40 22.09.2026
Oxunuş sayı: 42