Peskov: Rusiya Ukrayna ilə atəşkəs istəmir
Rusiya Ukrayna ilə münaqişənin müvəqqəti atəşkəslə deyil, uzunmüddətli və davamlı sülhlə başa çatmasının tərəfdarıdır.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Prezident Putin və Rusiya tərəfi həmişə bildiriblər ki, biz müvəqqəti atəşkəsə deyil, davamlı, əbədi sülhə tərəfdarıq. Çünki atəşkəs mahiyyət etibarilə heç nə verməyəcək”, – deyə Peskov bildirib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl Moskvanın Ukrayna üzrə danışıqlara hazır olduğunu, lakin danışıqların nəticəsi olaraq hərbi əməliyyatların dayandırılması məsələsinin ayrıca müzakirə edilməli olduğunu bildirmişdi.
14:04 22.09.2026
Oxunuş sayı: 48