Çindən Moskvaya 1000 ədəd gümüş zinət əşyası gətirən rusiyalı saxlanılıb
Çindən Moskvaya uçan 40 yaşlı Rusiya vətəndaşı baqajında 1000 ədəd gümüş zinət əşyası aşkarlandıqdan sonra Şeremetyevo hava limanında saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “Ostorojno, Moskva” Telegram kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, kişi Çinin Quançjou şəhərindən Moskvaya gəlib. Gömrük nəzarəti zamanı onun baqajında fianit qaşlarla bəzədilmiş kulon və üzüklər də daxil olmaqla 1000 gümüş zinət əşyası aşkarlanıb.
Ekspertiza həmin məhsulların ümumi dəyərini 5 milyon rubl qiymətləndirib.
Sərnişin zinət əşyalarını şəxsi istifadəsi üçün gətirdiyini bildirib. Lakin bütün məmulatların ayrı-ayrı zip paketlərə qablaşdırıldığı qeyd olunur.
Kişi saxlanılıb. Onun barəsində cinayət işi başlana bilər. Məlumata görə, mümkün ittiham üzrə beş ilədək azadlıqdan məhrumetmə və ya 1 milyon rubladək cərimə nəzərdə tutulur.
14:02 22.09.2026
Oxunuş sayı: 45