Tunis Azərbaycandan neft alışını 2,3 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Tunisə 429 min 376,15 ton xam neft ixrac edib.
Crossmedia.az xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 266 milyon 294,27 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 8 ayı ilə müqayisədə 2,3 dəfə, dəyəri isə 2,6 dəfə çoxdur.
Tunisə ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 2,92 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 9 milyard 281 milyon 893,55 min ABŞ dolları olan 14 milyon 677 min 951,6 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb.
11:53 22.09.2026
Oxunuş sayı: 35