Makron Trampdan Ukraynaya raket-tutucular istəyib
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla görüşündə Ukraynaya raket-tutucularının daha sürətli çatdırılmasını müzakirə edib.
Crossmedia.az xəbər verir ki, “Reuters“ bu barədə məlumat yayıb.
Makron bildirib ki, görüş zamanı Ukrayna və Rusiya ilə bağlı vəziyyət, eləcə də Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi məsələsi ətrafında geniş müzakirə aparılıb.
Fransa liderinin sözlərinə görə, Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raket-tutucularının daha tez və daha çox həcmdə çatdırılması əsas məsələlərdən biridir.
Makron və Tramp həmçinin Ukrayna və Rusiya arasında enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı mümkün razılaşmanı müzakirə ediblər. Makron bu məsələni Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə də gündəmə gətirəcəyini bildirib.
11:19 22.09.2026
Oxunuş sayı: 50