Almaniyada hakim partiyanın seçki məğlubiyyəti gündəmdə
Angela Merkel Xristian Demokrat İttifaqını (CDU) Almaniyanın ilk kansleri Konrad Adenauerin siyasi prinsiplərinə qayıtmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Merkelin açıqlaması CDU-nun kansler Fridrix Mertsin rəhbərlik etdiyi Meklenburq-Ön Pomeraniya federal torpağında keçirilən seçkilərdə parlamentə düşmək üçün tələb olunan 5 faizlik həddi keçə bilməməsindən sonra səslənib.
Keçmiş kansler bildirib ki, Adenauer müxtəlif siyasi qruplar arasında “körpülər qurmağın” və öz dəyərlərini aydın şəkildə ifadə etməklə hər kəsə müraciət etməyin vacibliyini anlayırdı.
Merkel hesab edir ki, bu yanaşma CDU üçün əsas istiqamətlərdən biri olmalıdır. Onun sözlərinə görə, siyasi tərəflər arasında körpülər qurmaq bu gün daha çətin olsa da, bu siyasət davam etdirilməlidir.
Merts isə seçkilərdən sonra CDU-nun nəticəsini “faciə” adlandırıb. Partiyanın SPD ilə Almaniya üçün Alternativ (AfD) arasındakı qarşıdurmada sıxışaraq ciddi itkilərlə üzləşdiyini bildirib.
23:21 21.09.2026
Oxunuş sayı: 47