Qərb ölkələrinin Ukraynaya yardım imkanlarının məhdud olduğu bildirilib
Qərb ölkələrinin Ukraynaya kifayət qədər maliyyə və maddi yardım göstərmək imkanlarının məhdud olduğu bildirilib.
Crossmedia.az xəbər verir ki, çex politoloq Petr Robeyşek bu barədə “Parlamentní listy” qəzetinə müsahibəsində danışıb.
Robeyşekin sözlərinə görə, Avropa ölkələrinin hərbi imkanları və resursları da Ukraynaya uzunmüddətli dəstək göstərmək baxımından məhduddur. O, ABŞ-nin da Ukraynaya əvvəlki səviyyədə yardım göstərə bilməyəcəyini və ya buna hazır olmadığını iddia edib.
Politoloq Böyük Britaniya, Fransa və Almaniyanın münaqişənin başa çatmasına mane olduğunu düşünür. Onun fikrincə, bu ölkələrin rəhbərlikləri Ukraynanın Rusiya üzərində qələbə qazana biləcəyinə inanıb və indi əvvəlki siyasətlərinin yanlış olduğunu etiraf etməkdə çətinlik çəkirlər.
Robeyşek daha əvvəl Ukraynanın münaqişədə məğlubiyyətini nə qədər gec qəbul edərsə, qarşılaşacağı güzəştlərin bir o qədər çox olacağını iddia etmişdi.
22:37 21.09.2026
Oxunuş sayı: 42