Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb.
Crossmedia.az xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq, ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
19:26 21.09.2026
Oxunuş sayı: 45