Şimali Kiprdə saxlanılan 3 azərbaycanlı ilə bağlı YENİ QƏRAR
Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfərin həbs müddəti daha 7 gün uzadılıb.
Bu barədə Crossmedia.az-a saxlanılan Azərbaycan vətəndaşı Rəşad İbrahimovun bacısı Türkan Təhməzova bildirib.
Belə ki, gəminin batması nəticəsində Şimali Kiprdə aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib. Növbəti məhkəmə prosesi sentyabrın 25-də baş tutacaq.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb, 239 nəfər xilas olunub. Ölənlərin sayı 15-ə çatıb, itkin düşmüş 13 sərnişinin isə axtarışı davam edir.
17:47 21.09.2026
Oxunuş sayı: 53