Məktəbəhazırlıq qruplarına qəbul davam edir: Valideynlərin DİQQƏTİNƏ
Bu günə qədər artıq 104 mindən çox uşağın məktəbəhazırlıq qrupuna qəbulu prosesi tamamlanıb.
Bu barədə Crossmedia.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesi davam edir.
Qeyd olunub ki, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.
17:40 21.09.2026
Oxunuş sayı: 48