Kadırov Çeçenistanda 99,85 faiz səslə yenidən seçilib
Ramzan Kadırov Çeçenistan rəhbəri seçkilərində 99,85 faiz səs toplayaraq növbəti müddətə seçilib.
Crossmedia.az xəbər verir ki, Rusiyanın Mərkəzi Seçki Komissiyası bu barədə məlumat yayıb.
Məlumata görə, bütün bülletenlərin hesablanmasından sonra Kadırovun 99,85 faiz səs topladığı açıqlanıb. Digər namizədlər – “Ədalətli Rusiya” partiyasından İsmayıl Denilxanov və Kommunist Partiyasından Xalid Nakayevin hər biri 0,05 faiz səs alıb.
Kadırov seçkilərdə “Vahid Rusiya” partiyasının namizədi kimi iştirak edib. O, 2007-ci ildən Çeçenistan rəhbəridir və bu seçki nəticəsi onun əvvəlki seçkilərdə əldə etdiyi göstəriciləri də üstələyib. 2021-ci ildə Kadırov 99,7 faiz, 2016-cı ildə isə 97,94 faiz səs toplamışdı.
Çeçenistanda rəhbər seçkiləri sentyabrın 18-dən 20-dək keçirilib. Rəsmi nəticələr Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatlarına əsaslanır.
13:39 21.09.2026
Oxunuş sayı: 48