Azərbaycanın Gürcüstana neft ixracı 2 DƏFƏ ARTDI
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 102 milyon ABŞ dolları dəyərində 101 min 43 ton neft və neft yağları idxal edib.
Crossmedia.az-ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq 38 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın neft və neft yağları idxal etdiyi ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.
2026-cı ilin ilk 8 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 165 milyon ABŞ dolları dəyərində 1 milyon 217 min 413 ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 38 % və 8,3 % çoxdur.
Hesabat dövründə Gürcüstana Rusiyadan 301 milyon ABŞ dolları dəyərində 403,5 min ton, Türkiyədən 171,4 milyon ABŞ dolları dəyərində 140 min ton, Rumıniyadan 155 milyon ABŞ dolları dəyərində 160 min ton, Bolqarıstandan 110 milyon ABŞ dolları dəyərində 105 min ton neft və neft yağları gətirilib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,4 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton neft və neft yağları alıb ki, bunun da 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.
11:58 21.09.2026
Oxunuş sayı: 50