Zelenski və Tramp Nyu-Yorkda görüşəcək
Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Tramp telefon danışığından sonra Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Zelenski bildirib ki, Tramp ilə telefon danışığı zamanı bir sıra məsələlər müzakirə olunub və tərəflər Nyu-Yorkda görüşmək barədə razılığa gəliblər. Ukrayna prezidenti görüşün çox şeyi dəyişə biləcəyini və diplomatik prosesdə dinamikanın yarandığını qeyd edib.
Zelenski ABŞ prezidentinə xüsusi nümayəndələr Stiv Uitkoff və Jared Kuşnerin Kiyevə son səfərinə görə təşəkkür edib. Onun sözlərinə görə, görüşlər zamanı əsas məsələlər, o cümlədən sülh prosesi, mümkün deeskalasiya addımları, enerji və ərzaq təhlükəsizliyi, eləcə də insanların müdafiəsi müzakirə olunub.
Ukrayna prezidenti sülh prosesinin əsas prioritet olaraq qaldığını və Kiyevin ABŞ komandası ilə birgə ciddi addımlar atmağa hazır olduğunu bildirib.
Zelenski həmçinin Trampın Rusiya və İrana qarşı sanksiyaları genişləndirən qanunu imzalamasını alqışlayıb.
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi sentyabrın 22-də başlayır və görüşün həmin tədbirlər çərçivəsində keçirilməsi gözlənilir.

23:59 20.09.2026
Oxunuş sayı: 50