Tsarukyan UFC 331-dən 450 min dollar qazandı
UFC-nin yüngül çəki divizionunda ikinci sırada yer alan Arman Tsarukyan UFC 331 turnirində braziliyalı Maurisio Ruffini məğlub edərək ən azı 450 min dollar qazanıb.
Crossmedia.az xəbər verir ki, “MMA Fighting” bu barədə məlumat yayıb.
Tsarukyanın zəmanətli qonorarının 350 min dollar olduğu, buna əlavə olaraq gecənin ən yaxşı çıxışına görə 100 min dollar bonus aldığı bildirilib. Ruffi isə döyüşə görə 110 min dollar qazanıb.
Turnirin ən yüksək zəmanətli qonorarını keçmiş milçək çəkisi çempionu Aleksandr Pantoja alıb – 650 min dollar. Amerikalı Coşua Vanın qonorarının isə 500 min dollar olduğu qeyd edilib. Hər iki döyüşçü gecənin ən yaxşı döyüşünə görə əlavə 100 min dollar bonus əldə edib.
Tsarukyan UFC 331-də Ruffini ilk raundun başa çatmasına üç saniyə qalmış nokautla məğlub edib. Bu qələbədən sonra onun peşəkar karyerasında 24 qələbəsi var. Onlardan 10-u nokautla əldə olunub. Tsarukyanın hesabında 3 məğlubiyyət də var.
21:17 20.09.2026
Oxunuş sayı: 43