Xudutəpə qədim yaşayış məskənində ocaq qurğuları aşkarlanıb
Cəlilabad rayonunun Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə yaşayış məskənində arxeoloji qazıntı işləri aparılır.
Crossmedia.az xəbər verir ki, Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı gildən hazırlanmış ocaq qurğuları və onların qalıqları aşkar edilib.
Diametri 40-45 santimetr olan bu qurğuların yemək bişirilməsi məqsədilə istifadə edildiyi ehtimal olunur.
Uzunmüddətli oddan istifadə nəticəsində ocaqların daxilində narın kül təbəqəsi əmələ gəlib. Bu tapıntıların son tunc – ilk dəmir dövründə istifadə edildiyi ehtimal edilir. Hazırda qazıntı işləri davam etdirilir.
20:19 20.09.2026
Oxunuş sayı: 51