Sevastopolda PUA partlayıb, beş avtomobilə ziyan dəyib
Sevastopolda PUA-nın partlaması nəticəsində beş avtomobil və yaşayış binasının bir neçə pəncərəsi zədələnib.
Crossmedia.az xəbər verir ki, Sevastopol qubernatoru Mixail Razvojayev bu barədə məlumat yayıb.
Razvojayevin sözlərinə görə, hadisə Pobeda prospekti ərazisində baş verib. O, partlayan pilotsuz uçuş aparatının zədələyici elementlərlə təchiz edildiyini bildirib.
Qubernatorun açıqlamasına görə, partlayış nəticəsində heç kim xəsarət almayıb. Lakin beş avtomobilə və yaşayış binasının bir neçə pəncərəsinə ziyan dəyib.
Razvojayev daha əvvəl Sevastopola PUA hücumunun dəf edildiyini və hava hücumundan müdafiə qüvvələrinin dörd Ukrayna PUA-sını məhv etdiyini açıqlamışdı. O, bölgədə təhlükənin davam etdiyini bildirərək sakinləri açıq ərazilərdən uzaq durmağa və təhlükəsiz yerlərdə, o cümlədən sığınacaqlarda qalmağa çağırıb.
18:58 20.09.2026
Oxunuş sayı: 48