Ed Şiran Maklmor qalmaqalından sonra Qəzza ilə bağlı mövqeyini açıqlayıb
Britaniyalı müğənni Ed Şiran Maklmorun konsert turundan çıxarılması ilə bağlı qalmaqaldan sonra ilk dəfə səhnəyə çıxaraq baş verənlərə görə üzr istəyib və Qəzzadakı vəziyyəti “faciəvi və əsassız” adlandırıb.
Crossmedia.az xəbər verir ki, BBC bu barədə məlumat yayıb.
Şiran Filadelfiyada keçirilən konsertdə bildirib ki, son günlər onun üçün çətin qərarlar verməli olub və “səhvlərə yol verdiyi” üçün üzr istəyib. O, Maklmorun turdan çıxarılması qərarının özünə deyil, konsertin təşkilatçılarına aid olduğunu bir daha vurğulayıb.
Müğənni 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunu “dəhşətli” adlandırıb, Qəzzadakı vəziyyətin isə “faciəvi, əsassız və qeyri-mütənasib” olduğunu bildirib. Şiran münaqişə nəticəsində mülki şəxslərin, xüsusilə uşaqların həlak olmasından sarsıldığını və Qərb Sahilində baş verənləri də diqqətdən kənarda qoymağın mümkün olmadığını deyib.
O, karyerası ərzində siyasi şərhlər verməkdən çəkindiyini, konsertlərinin insanları birləşdirən məkan olmasını istədiyini söyləyib. Bununla belə, münaqişənin humanitar xarakter daşıdığını və bu barədə mövqeyini artıq gizlədə bilmədiyini qeyd edib.
Qeyd edək ki, Maklmor sentyabrın əvvəlində konsert zamanı Fələstinə dəstək ifadələri səsləndirdikdən sonra Şiranın ABŞ-dəki turundan çıxarılıb. Bundan sonra bir neçə digər çıxışçı da həmrəylik məqsədilə turdan ayrılıb.
16:38 20.09.2026
Oxunuş sayı: 55