Hörmüz boğazında mühüm razılaşma əldə edildi
İran və Oman Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz marşrutun müəyyənləşdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat yayıb.
Məlumata görə, tərəflər gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə marşrutun müəyyənləşdirilməsi barədə razılıq əldə ediblər.
10:10 20.09.2026
Oxunuş sayı: 38