Ukraynada səfərbərliklə bağlı narazılıq artır
Ukraynada vətəndaşların hərbi komissarlıq funksiyasını yerinə yetirən ərazi komplektləşdirmə mərkəzlərinin əməkdaşlarına müqavimət göstərməsinin artdığı iddia edilir.
Crossmedia.az xəbər verir ki, Çinin “Sohu” nəşri bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, bu vəziyyət Ukrayna Prezidenti Volodimir Zelenskinin administrasiyası üçün çətinliklər yaradır.
“Sohu”nun məlumatında qeyd olunur ki, məcburi səfərbərlik bəzi vətəndaşların hərbi xidmətə getməkdən yayınmasına və səfərbərlik əməkdaşlarına müqavimət göstərməsinə səbəb olur. Nəşr bunun ölkədəki sosial gərginliyi daha da artırdığını iddia edib.
Məqalədə Ukraynanın səfərbərlik siyasəti fonunda cəmiyyət daxilində yaranan narazılığın hakimiyyət üçün əlavə problemlər yaratdığı vurğulanıb.
23:07 19.09.2026
Oxunuş sayı: 39