NATO şərq cinahında mümkün böhranlara qarşı 4 min səhifəlik plan hazırlayıb
NATO şərq cinahında müxtəlif böhran ssenarilərinə qarşı 4 min səhifəlik plan hazırlayıb.
Crossmedia.az xəbər verir ki, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Cüzeppe Kavo Draqone bu barədə jurnalistlərlə söhbətində məlumat verib.
Draqonenin sözlərinə görə, hazırlanan planlar NATO ölkələrinin ərazisində məhdud müdaxilədən başlayaraq Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin tətbiqinə qədər müxtəlif ssenariləri əhatə edir.
O bildirib ki, alyansın strukturu, hərbçiləri, sistemləri və silahları mümkün böhranlara hazır vəziyyətdədir.
Draqone hesab edir ki, NATO-ya hücum edəcək potensial rəqib bunun müqabilində mümkün qazancdan daha böyük risk və itkilərlə üzləşəcəyini nəzərə almalıdır. Onun sözlərinə görə, bu amil hərbi çəkindirmənin təmin edilməsinə xidmət edir.
22:30 19.09.2026
Oxunuş sayı: 48