Yəməndə husilərin mövqeləri vurulub, PUA-sı məhv edilib
Yəmən hökumət qüvvələri ölkənin Mərib və Əl-Cövf vilayətlərində husilərə qarşı əməliyyat keçirib.
Crossmedia.az xəbər verir ki, Yəmən hökumət qüvvələri bu barədə məlumat yayıb.
Məlumata görə, Mərib vilayətində husilərin toplaşdığı ərazilər və onlara məxsus nəqliyyat vasitələri vurulub.
Bundan başqa, ölkənin şimalındakı Əl-Cövf vilayətində husilərə məxsus pilotsuz uçuş aparatının (PUA) vurularaq məhv edildiyi bildirilib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
22:08 19.09.2026
Oxunuş sayı: 44