Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki "VAZ" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1976-cı il təvəllüdlü E.Bayramova, 1990-cı il təvəllüdlü G.Həsənova və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
16:34 19.09.2026
Oxunuş sayı: 46