Moskva Ankaradan CAVAB GÖZLƏYİR: ABŞ Ukranyanı gizli silahlandırır
Rusiya Moskvanın Ukraynaya ABŞ istehsalı silahların Türkiyə vasitəsilə mümkün ötürülməsi ilə bağlı Ankaradan cavab və izahat gözlədiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
Qruşkonun sözlərinə görə, Moskva məsələ ilə bağlı bütün sualları Türkiyə tərəfinə çatdırıb və Ankaranın cavabını gözləyir.
Məlumata görə, ABŞ Dövlət Departamenti avqustun 6-da Konqresə Türkiyənin ehtiyatlarında olan ABŞ istehsalı silahların Ukraynaya ötürülməsinə icazə verilməsi ilə bağlı bildiriş göndərib. Təklif edilən paketə 70 ədəd M39 ATACMS raketi, 12 ədəd M270 MLRS qurğusu, 2 524 ədəd M26 raketi və 47 min ədəd 203 millimetrlik kasetli artilleriya mərmisi daxildir.
ABŞ Dövlət Departamentinin bildirişində sözügedən silahların Türkiyənin ehtiyatlarından Ukraynaya yenidən ötürülməsinə icazə verilməsinin nəzərdə tutulduğu qeyd olunub. Təklif hələ Konqresin nəzərdən keçirməsinə tabedir.
Məsələ ilə bağlı Rusiya daha əvvəl həm Vaşinqtondan, həm də Ankaradan izahat tələb edib.
16:12 19.09.2026
Oxunuş sayı: 50