Qalibaf: “F-35 və F-15-ləri vurmaq artıq gündəlik reallıqdır”
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-yə məxsus F-35 və F-15 qırıcılarının vurulması ilə bağlı iddia səsləndirib.
Crossmedia.az xəbər verir ki, Qalibaf bu barədə paylaşımında bildirib ki, artıq F-35 və F-15-lərin izlənilməsi və vurulması dövrü başlayıb.
İran rəsmisi ABŞ-nin bu təyyarələrdəki itkiləri yalnız zədələnmiş kimi təqdim etməli olduğunu iddia edib və baş verənlərin əvvəlki dövrlə müqayisədə yeni reallıq yaratdığını bildirib.
Qeyd edək ki, Qalibafın paylaşımında səsləndirdiyi iddiaların müstəqil təsdiqi barədə məlumat verilməyib.
14:40 19.09.2026
Oxunuş sayı: 43