Trampdan gözlənilməz açıqlama: Oğlu rusiyalının pulunu qaytaracaq
ABŞ Prezidenti Donald Tramp oğlu Donald Tramp Jr.-ın toy şənliklərinin bir hissəsini maliyyələşdirən rusiyalı iş adamı Umar Kremlevə ödənilən vəsaiti geri qaytaracağını bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Tramp jurnalistlərə bildirib ki, məsələ ilə bağlı oğlundan soruşub və Donald Tramp Jr. ona pulu geri qaytaracağını deyib. Prezidentin sözlərinə görə, bu barədə söhbət bir müddət əvvəl baş verib.
Məlumata görə, Kremlev Donald Tramp Jr. və Bettina Andersonun may ayında Baham adalarında keçirilən toy mərasimindən sonrakı iki günlük şənliklərinin bəzi xərclərini qarşılayıb. ProPublica-nın araşdırmasına görə, xərclərin həcmi yüz minlərlə dollar təşkil edib.
Donald Tramp Jr.-ın həyat yoldaşı Bettina Trump isə Kremlevi ailənin dostu adlandıraraq onun toy mərasimindən sonrakı tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, ödənişlərin məhz toy mərasiminə deyil, sonrakı şənliklərə aid olduğunu vurğulayıb.
Tramp isə oğlunun Kremlevlə bağlı məsələni həll edəcəyini deyib. ABŞ mətbuatında bildirilir ki, Donald Tramp Jr.-ın Kremlevə vəsaiti geri qaytarması barədə məlumat onun yaxın çevrəsindən olan mənbə tərəfindən də təsdiqlənib.
14:31 19.09.2026
Oxunuş sayı: 46