Almaniya vətəndaşlarını müharibəyə hazır olmağı çağırır
Almaniya Silahlı Qüvvələrinin Baş Müfəttişi Karsten Breuer ölkənin təhlükəsizliyinin təmin olunmasında yalnız ordunun deyil, bütün cəmiyyətin və sənayenin iştirakının vacib olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Breuerin sözlərinə görə, mümkün münaqişə zamanı Almaniyanın müdafiəsinə sənaye və cəmiyyət də cəlb edilməlidir.
“Biz əsgərlər olaraq sizin dəstəyiniz olmadan uğursuzluğa düçar olarıq. Lakin uğursuzluq variant deyil”, – deyə o vurğulayıb.
Breuer bildirib ki, mövcud təhlükələrə qarşı yalnız silahlı qüvvələrin imkanları kifayət etmir və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün daha geniş hazırlıq tələb olunur.
12:09 19.09.2026
Oxunuş sayı: 49