ABŞ-də qızılca səbəbindən ölənlərin sayı son 34 ilin rekorduna çatdı
ABŞ-nin Pensilvaniya ştatında qızılca ilə bağlı dördüncü ölüm qeydə alınıb və bununla ölkədə bu il xəstəlikdən ölənlərin sayı son onilliklərdə ən yüksək həddə çatıb.
Crossmedia.az xəbər verir ki, “CNN” bu barədə məlumat yayıb.
Pensilvaniyada sonuncu ölüm Mifflin dairəsində yaşayan, peyvənd olunmamış 18 yaşlı yeniyetmənin ölümü olub. Dairənin koroner həkimi Andrea Alcaldenin məlumatına görə, yeniyetmə infeksiyadan sonra yarana bilən nadir nevroloji xəstəlik olan kəskin yayılmış ensefalomielitdən vəfat edib.
ABŞ-də bir il ərzində qızılcadan dörd ölüm sonuncu dəfə 1992-ci ildə qeydə alınıb. Ötən il isə ölkədə qızılca səbəbindən üç nəfər ölüb. Onlardan ikisi Texasda, biri isə Nyu-Meksiko ştatında olub.
Pensilvaniyada bundan əvvəl qızılcaya yoluxmuş iki körpənin vəfat etdiyi açıqlanmışdı. Həmçinin həftəsonu Cefferson dairəsinin koroner xidməti qızılcaya yoluxmuş 40 yaşlı qadının ölümünü təsdiqləyib.
04:15 19.09.2026
Oxunuş sayı: 43