Tbilisidə uşaq bağçalarında 50-dən çox azyaşlı zəhərləndi
Tbilisidəki uşaq bağçalarında baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə əlaqədar araşdırma başladılıb.
Crossmedia.az xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, Tbilisidəki 20 uşaq bağçasından 55 uşaq və bir əməkdaşda zəhərlənmə əlamətləri müşahidə olunub.
Onlar paytaxtdakı altı tibb müəssisəsinə müraciət ediblər.
İstintaq çərçivəsində artıq valideynlər və həkimlər dindirilib. Gecə saatlarında dörd uşaq bağçasında və bu müəssisələri ərzaqla təmin edən şirkətlərdə axtarışlar aparılıb
"Zəhərlənmə, ehtimal ki, bağçalarda qəbul edilən qidadan qaynaqlanan bakterial infeksiya ilə əlaqəli ola bilər. Zəhərlənməyə səbəb olan konkret məhsul müvafiq analizlərin nəticələri əsasında müəyyən ediləcək, - nazirliyin məlumatında qeyd olunub.
11:21 18.09.2026
Oxunuş sayı: 44