Hikmət Hacıyev Almaniya səfiri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, “Almaniya səfirliyi” bu barədə məlumat yayıb.
Görüş zamanı Azərbaycan–Almaniya münasibətlərinin inkişaf perspektivləri, iqtisadiyyat, təhsil, sülh və təhlükəsizlik məsələləri, eləcə də digər mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan və Almaniya arasında əməkdaşlığın geniş imkanlara malik olduğunu vurğulayıblar. Görüşdə açıq və konstruktiv fikir mübadiləsinin aparıldığı qeyd olunub.
Qeyd edək ki, Dirk Lölke Almaniyanın Azərbaycandakı yeni səfiridir. O, avqustun 13-də etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.
11:01 18.09.2026
Oxunuş sayı: 48