Azərbaycanda əkiz və üçəmlərlə bağlı VACİB MƏLUMAT
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 696 əkiz, 60 üçəm doğulub.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 48 954 doğulan körpə qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,2-dən 8,2-yə enib.
Doğulan körpələrin 53,4 % oğlanlar, 46,6 % isə qızlar təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında ölkədə 35 829 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6-a qədər artıb.
10:15 17.09.2026
Oxunuş sayı: 44