Londonda məscidlərə qrafiti çəkən şəxs saxlanılıb
Londonun şərqində məscidlərin üzərinə ayrı-seçkilik xarakterli qrafitilər çəkən şəxs saxlanılıb.
Crossmedia.az məlumatına görə, bu barədə “Scotland Yard”ın yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, Britaniya paytaxtının şərqində yaşayan 21 yaşlı İlya Bılıka qarşı “irqi və dini nifrət zəminində əmlaka qəsdən zərər vurma” ilə bağlı beş epizod üzrə ittiham irəli sürülüb.
Hadisələrin 2025-ci il yanvarın 23-dən 25-dək baş verdiyi ehtimal olunur. Bildirilib ki, Bılık məscidlərin və mədrəsələrin binalarının üzərinə qrafitilər çəkib. O, sentyabrın 17-də məhkəmə qarşısına çıxarılacaq.
“Biz başa düşürük ki, bu hadisələr ötən il Şərqi Londondakı müsəlman icmasında ciddi narahatlıq yaradıb”, - deyə polis nümayəndəsi Rona Hant bildirib.
O əlavə edib ki, “Londonda müsəlmanlara qarşı nifrət zəminində törədilən cinayətlərə və islamofobiyaya yer yoxdur”.
18:10 16.09.2026
Oxunuş sayı: 44