Lavrov: Aİ Ermənistanı aldada bilər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası ilə bağlı Avropa tərəfinin İrəvanı aldada biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Lavrov bu fikirləri Beynəlxalq Gənclər Festivalında səsləndirib.
Lavrov Ermənistanın Aİ-yə üzv ola biləcəyinə şübhə ilə yanaşdığını bildirib.
“Mən Ermənistanın Avropa İttifaqında necə yer ala biləcəyini görmürəm. Məsələn, Türkiyə artıq uzun onilliklərdir ki, Avropa İttifaqına üzvlük üçün növbədədir, Serbiya da belədir”, – deyə Lavrov bildirib.
18:04 16.09.2026
Oxunuş sayı: 51