ŞƏT-dən kosmosla bağlı çağırış: Silahlanma yarışının qarşısı alınmalıdır
Şanxay Əməkdaşlıq Təşkilatı kosmosda silahlanma yarışının qarşısının alınması məqsədilə beynəlxalq sənəd hazırlanmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Nurlan Yermekbayev bu barədə Pekin Syanşan Forumunda məlumat verib.
Onun sözlərinə görə, ŞƏT kosmosda silahlanma yarışının və informasiya-kommunikasiya texnologiyalarının hərbiləşdirilməsinin qarşısını almağa yönəlmiş hüquqi baxımdan məcburi beynəlxalq sənədin hazırlanmasını dəstəkləyir.
Yermekbayev bildirib ki, sənəd süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadənin təmin edilməsini də nəzərdə tutmalıdır.
ŞƏT baş katibi qeyd edib ki, təşkilat bu istiqamətdə beynəlxalq hüquqi mexanizmin yaradılmasını vacib hesab edir.
09:49 16.09.2026
Oxunuş sayı: 56