Anthropic rəhbəri "təcili söndürmə düyməsi"ni təklif edib
Anthropic şirkətinin qurucularından Clark süni intellekt sistemlərinin təhlükəli həddə çatacağı təqdirdə onları tamamilə söndürməyə imkan verən mexanizmin yaradılmasının müzakirə edilməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Clark BBC-yə müsahibəsində Anthropic də daxil olmaqla bir çox şirkətin müxtəlif “söndürmə düyməsi” üsullarına malik olduğunu deyib. Onun sözlərinə görə, süni intellekt sistemləri üçün “təcili söndürmə düyməsi” tələbləri və bu mexanizmlərə nəzarət məsələsi daha geniş dövlət siyasəti müzakirəsinin bir hissəsi olmalıdır.
Clark süni intellektin bütün bəşəriyyəti məhv etməsi ehtimalına dair konkret faiz söyləməyin faydalı olmadığını qeyd edib. O, texnologiyanın tam nəzarətsiz inkişaf etdiyi sənayenin “pis fikir” olduğunu vurğulayaraq, “Nəhəng risklər alaraq qumar oynayırıq” deyib.
Anthropic rəhbəri süni intellekt sektorunun inkişaf istiqamətinin dəyişdirilməsinin vacibliyini də diqqətə çatdırıb.
05:20 16.09.2026
Oxunuş sayı: 55