Hörmüz boğazı ilə bağlı REGİONAL GÖRÜŞ TƏXİRƏ SALINDI
Oman Hörmüz boğazı ilə bağlı İran və Körfəz ölkələri arasında keçirilməsi planlaşdırılan regional görüşün təxirə salındığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Oman Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, bunu xarici işlər naziri Bədr əl-Busəidi bildirib.
Bədr əl-Busəidinin sözlərinə görə, Salalah şəhərində keçirilməsi planlaşdırılan görüş konsensusun əldə olunması üçün təxirə salınıb. Nazir görüşün yeni tarixini açıqlamayıb.
Görüşdə İran və Körfəz ölkələrinin iştirakı ilə Hörmüz boğazında gəmiçilik və təhlükəsiz keçidin təşkili ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulurdu.
İran tərəfinin məlumatına görə isə görüş bəzi regional ölkələrin müraciəti əsasında Oman və İranın birgə qərarı ilə başqa tarixə keçirilib.
Hörmüz boğazı ilə bağlı danışıqların təxirə salınması regionda dəniz nəqliyyatının təhlükəsizliyi və enerji təchizatı ilə bağlı diplomatik səylər baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
09:25 14.09.2026
Oxunuş sayı: 50