Rusiya Müdafiə Nazirliyidən açıqlama: 140 Ukrayna PUA-sı vurulub
Rusiya hava hücumundan müdafiə qüvvələri gün ərzində ölkənin müxtəlif bölgələri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 140 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, PUA-lar Belqorod, Bryansk, Kaluqa, Kursk, Oryol və Rostov vilayətləri, həmçinin Krım və Qara dənizin akvatoriyası üzərində vurulub.
Məlumata görə, bu açıqlama Ukrayna qüvvələrinin Sevastopola hücumundan sonra verilib. Şəhər qubernatoru Mixail Razvojayev 12 PUA-nın vurulduğunu, hadisə nəticəsində iki nəfərin xəsarət aldığını bildirib.
Bundan əvvəl Ukrayna PUA-ları Tatarıstanın Nijnekamsk şəhərinə də hücum edib. Hücum zamanı 14 nəfərin yaralandığı, iki nəfərin isə öldüyü bildirilib.
22:40 13.09.2026
Oxunuş sayı: 52