Makrona xalq dəstəyi rekord həddə azaldı
Fransa Prezidenti Emmanuel Makrona ictimai dəstək 2017-ci ildə prezident seçildikdən bəri ən aşağı səviyyəyə enərək 16 faiz təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “La Tribune” “Ipsos-Bva”nın keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb. Araşdırmaya görə, fransızların 81 faizi Makronun siyasətindən narazıdır.
“Ipsos-Bva”nın baş direktoru Bris Tentyurie bildirib ki, cəmiyyətdə narazılıq pik həddə çatıb. Onun sözlərinə görə, parlamentin buraxılması, büdcə problemləri və əhalinin alıcılıq qabiliyyətinin azalması kimi məsələlər narazılığı daha da artırıb.
22:29 13.09.2026
Oxunuş sayı: 54