Putin Rusiyanın qonşulara münasibətini açıqladı
Rusiya Prezidenti Vladimir Putin qonşu ölkələrlə münasibətlərdə ədalət və qarşılıqlı hörmət prinsipinin tərəfdarı olduqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, Kremlin rəsmi saytında yayılan məlumatda bu barədə bildirilib.
Putin Beynəlxalq Gənclər Festivalının iştirakçılarına və qonaqlarına müraciətində Rusiyanın qonşularla münasibətlərdə uzunmüddətli dostluq və qarşılıqlı hörmətə üstünlük verdiyini deyib.
Rusiya lideri qeyd edib ki, Moskva qonşu dövlətlərlə münasibətlərdə hər şeyin ədalətli və qarşılıqlı hörmət əsasında qurulmasını istəyir.
Daha əvvəl Putin Rusiyanın bütün qonşu dövlətlər və tərəfdaşlar üçün məqbul olan qarşılıqlı kompromislərin axtarışına həmişə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya həm ümumilikdə, həm də ayrı-ayrı regionlarda təhlükəsizliyini gücləndirir.
Putin həmçinin Rusiyanın Şimal Dəniz Yolu ilə bağlı digər ölkələrlə mövcud beynəlxalq dəniz hüququ çərçivəsində əməkdaşlığa hazır olduğunu vurğulayıb.
19:34 13.09.2026
Oxunuş sayı: 48