PUA hücumunda mer müavininin evinə ziyan dəyib
Mahaçqalada Avar Dram Teatrına PUA hücumu nəticəsində şəhər merinin müavini Emiliya Rəcəboyevanın yaşadığı evə də ziyan dəyib.
Crossmedia.az xəbər verir ki, Mahaçqala merinin müavini Emiliya Rəcəboyeva bu barədə “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum zamanı evin uşaq otağında pəncərələr sınıb, PUA qalıqları isə divara ilişib.
Rəcəboyeva bildirib ki, yaxınlarının xəsarət almamasına onları PUA-nın yaxınlaşma səsini eşidəndən sonra pəncərələrdən uzaqlaşıb dəhlizdə gizlənmələri səbəb olub.
O, evin bərpa ediləcəyini və əsas məsələnin ailəsinin birlikdə və sağ qalması olduğunu qeyd edib.
18:55 13.09.2026
Oxunuş sayı: 44