Pezeşkian ABŞ sanksiyalarını hədəfə aldı
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin tətbiq etdiyi sanksiyaların sıravi insanlara ağır zərbə vurduğunu və bunun xəstəlik, işsizlik və yoxsulluqla nəticələndiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Məsud Pezeşkian bu barədə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, müharibə ilə heç bir əlaqəsi olmayan insanlar hücumlara məruz qalır, daha sonra isə eyni insanlara qarşı sanksiyalar tətbiq edilir.
Pezeşkian bildirib ki, sanksiyalar xəstələrin həyatını itirməsinə, insanların işsiz qalmasına, yoxsulluğun və narazılığın artmasına səbəb olur.
İran prezidenti ABŞ-nin müharibə aparmaq niyyəti varsa, bunu hərbi şəxsi heyətlə həyata keçirməli olduğunu deyib.
18:18 13.09.2026
Oxunuş sayı: 57