Mask: Süni intellekt nüvə silahından daha təhlükəli ola bilər
“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask süni intellektin potensial olaraq nüvə silahından daha təhlükəli ola biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Mask 2014-cü ildə etdiyi paylaşımına istinad edərək bu fikri yenidən gündəmə gətirib və həmin paylaşımının üzərinə “12 il əvvəl” qeydini yazıb.
O, 2014-cü ildə süni intellektin “potensial olaraq nüvə silahından daha təhlükəli” olduğunu bildirmişdi.
Qeyd edək ki, daha əvvəl “Anthropic” şirkətinin tədqiqatçısı Ceykob Kokson süni intellekt sənayesindən ayrıldığını açıqlayıb. O, texnologiya şirkətləri arasındakı rəqabətin dünyanı “geri dönüşü olmayan nöqtəyə” yaxınlaşdırdığından narahat olduğunu bildirib.
10:08 13.09.2026
Oxunuş sayı: 56