Səudiyyə Ərəbistanında təhlükə xəbərdarlığı verildi
Səudiyyə Ərəbistanının cənubundakı Əbha və Xamis-Muşait şəhərlərində mümkün təhlükə ilə bağlı xəbərdarlıq elan edilib.
Crossmedia.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi bu barədə məlumat yayıb.
Milli Erkən Xəbərdarlıq Platforması tərəfindən yayılan bildirişdə şəhər sakinlərinə “potensial təhlükə” barədə xəbərdarlıq edilib. Vətəndaşlardan ehtiyatlı olmaq və rəsmi qurumların göstərişlərinə əməl etmək tələb olunub.
Xəbərdarlığın verildiyi Əbha və Xamis-Muşait ölkənin cənub-qərbində yerləşən Əsir bölgəsinin əsas şəhərlərindəndir.
Səudiyyə Ərəbistanı rəsmiləri ilkin xəbərdarlıq zamanı təhlükənin xarakteri və mənbəyi barədə ətraflı məlumat verməyiblər. Daha sonra Səudiyyə Mülki Müdafiə qurumu Xamis-Muşait şəhərində təhlükənin aradan qalxdığını açıqlayıb.
Xəbərdarlıq bölgədə gərginliyin artdığı bir vaxtda verilib. Reuters-in məlumatına görə, son sutka ərzində Xamis-Muşaitdə bir neçə dəfə fövqəladə xəbərdarlıq elan edilib.
15:25 10.09.2026
Oxunuş sayı: 45